Bank Of Baku

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının hüquqları artırılıb

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının hüquqları artırılıb
# 30 sentyabr 2013 11:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclis bugünkü iclasında “Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, qanunun 7.2-ci maddəsinə dəyişiklik müzakirə olunub. Dəyişikliyə əsasən Komissiyanın əsas hüquqları genişləndiriləcək. Bu siyahıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış sorğuların verilməsi də daxil ediləcək.

 

Beləliklə, Komissiya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış sorğular verə biləcək. Layihə səsə qoyularaq qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR