Bank Of Baku

Azərbaycanda orta məktəblərdə yekun attestasiya imtahanlarının müvəqqəti qaydalarında dəyişiklik edilib

Azərbaycanda orta məktəblərdə yekun attestasiya imtahanlarının müvəqqəti qaydalarında dəyişiklik edilib
# 06 may 2013 14:54 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 2-də TQDK tərəfindən Komissiyanın 2012-ci il 10 may   tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin  yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişikliklər olunub. Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Qərara əsasən, “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin  yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda 1.7, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 4.1, 4.2, 4.3, 4.4, 4.6, 4.7-ci bəndlərində “qeyri-kafi” sözü “2” sözü ilə əvəz edilib.  

 2.5.-ci bənddə verilmiş cədvəl aşağıdakı cədvələ dəyişdirilib:

 

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı



 



 



 



 

Ana  dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

Tam orta

2

0-7

0-7

0-7



 

3

8-17

8-17

8-16



 

4

18-25

18-25

17-24



 

5

26-30

26-30

25-30

Ümumi orta

2

0-7

0-7

0-7



 

3

8-16

8-16

8-16



 

4

17-23

17-23

17-22



 

5

24-30

24-30

23-30


 

Dəyişikliyə əsasən, qaydaların 3.1, 3.2, 3.4 və 3.5-ci bəndlərində “tam  orta təhsil səviyyəsini” sözləri “ümumi orta və tam  orta təhsil səviyyələrini” sözləri ilə əvəz edilib.

Qaydalardan 3.6-cı bənd çıxarılıb. Həmin bənd buraxılış və buraxılışdan əvvəlki siniflərdə fənn olimpiadalarının respublika turunda birinci yer tutduğuna, məktəblilərin dünya fənn olimpiadalarında, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışlarda iştirak etdiyinə, imtahanlar dövründə digər beynəlxalq səviyyəli idman və bilik yarışlarında iştirakına, səhhətinə, sağlamlıq vəziyyətinə, tədris dilinə, xüsusi təhsil müəssisələrində təhsil aldığına görə müvafiq qaydada buraxılış imtahanından azad edilmiş şagirdlərin bütün fənlər üzrə attestasiyasını nəzərdə tuturdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR