APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Facebook səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, həmin mexanizm təsdiq edildikdən sonra tətbiq olunacaq.
Qeyd olunub ki, təhsil ixtisası üzrə orta ixtisas təhsili müəssisələrini bitirənlər müsabiqədən uğurla keçdikdən sonra öz ixtisasına uyğun məktəbdə müəllim işləyə bilər. Kolleclərə müəllim kimi işə qəbul isə təhsil müəssisələrinin səlahiyyətindədir və direktorun əmri ilə həyata keçirilir.