Bank Of Baku

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı açıqlanıb

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı açıqlanıb
# 17 aprel 2014 11:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il aprelin 1-nə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4 765,9 min nəfər olub, onlardan 4529,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il martın 1-nə muzdla işləyənlərin sayı 1 494,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 898,1 min nəfər, qeyri-dövlət bölməsində isə 596 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,2 min nəfər, qeyri-neft sektorunda isə 1 458,9 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 451,3 min nəfər təşkil edib.

 

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,8%-i məhsul istehsalı sahələrində, onlardan 6,5%-i tikintidə, 6,2%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

 

Xidmət sahəsində çalışanların 22,7%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi,   1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

 

Bu il aprelin 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,8 min nəfər olub, onların 41%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 246 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR