Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda uşaq sağlamlığına həsr olunan beynəlxalq konqres keçiriləcək. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, 1-ci Bakı Beynəlxalq Neonotoloji Konqres Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
N. Quliyevin sözlərinə görə, beynəlxalq tədbir iyulun 12-13-də Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil olunacaq. Konfransda Almaniya, Norveç, Türkiyə, İtaliya, Finlandiya və digər bu kimi ölkələrdən olan qonaqlar iştirak edəcək. Beynəlxalq tədbirdə uşaq sağlamlığı, xəstəlikləri, onların həlli yolları, əldə edilən nailiyyətlər və digər məsələlər üzrə müzakirələr, qarşılıqlı fikir mübadiləsi aparılacaq.