Bank Of Baku

Azərbaycanda uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi keçiriləcək

Azərbaycanda uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi keçiriləcək
# 06 sentyabr 2013 12:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Təhsil naziri Mikayıl Cabbarov uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə bildirilir ki, uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi və uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədi ilə uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi keçiriləcək. Bundan əlavə müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibini təsdiqləmək, müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsinin  Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2013-cü ilə təsdiq olunmuş  xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirmək tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR