Bank Of Baku

Azərbaycanda vətəndaşlar özlərinə elektron şəkildə pensiya təyinatı aparaq biləcək

Azərbaycanda vətəndaşlar özlərinə elektron şəkildə pensiya təyinatı aparaq biləcək
# 11 iyul 2013 09:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda bu ilin sonu və ya gələn ilin əvvəlində vətəndaşların özünə elektron şəkildə pensiya təyinatı aparmaq hüququ veriləcək.

 

APA-Economics”in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri (DSMF) Səlim Müslümov bildirib.

 

Onun sözlərinə görə, elektron xidmətdən yararlana bilən vətəndaşlar pensiya yaşına çatanda özləri DSMF-nin sisteminə daxil olaraq özləri haqda məlumatları sistemə daxil edə biləcəklər: “Sistem onlara avtomatik olaraq pensiya təyin edəcək və məlumat bizim çap mərkəzinə göndəriləcək. Onlar da banklarda müvafiq plastik kartlar hazırlamaq üçün sifariş verəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR