Bank Of Baku

Azərbaycanda yağmursuz hava şəraiti davam edəcək

Azərbaycanda yağmursuz hava şəraiti davam edəcək
# 11 iyul 2013 12:09 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində 20-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

 

İyulun 12-də Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam  əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin gətirdiyi nisbi sərinlik meteohəssas insanlar üçün əlverişlidir. 13-14-də zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR