Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, günün birinci yarısında 18-23 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 1-də Azərbaycanın ayrı-ayrı rayonlarında yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, oktyabrın 2-si və 3-ü axşamadək normadan aşağı atmosfer təyziqi fonunda arabir güclənən giləvar küləyi əsasən əlverişsizdir.