Bank Of Baku

Azərbaycanın bəzi yerlərində qar yağacaq, meteohəssas insanlarda diskomfort hissi yaranacaq

Azərbaycanın bəzi yerlərində qar yağacaq, meteohəssas insanlarda diskomfort hissi yaranacaq
# 11 fevral 2013 10:17 (UTC +04:00)

Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında fevralın 12-də hava şəraitinin yağmurlu keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz  arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə isti,  dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında rütubətli hava şəraiti, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR