Bank Of Baku

Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev vəfat edib

Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev vəfat edib
# 17 may 2013 09:07 (UTC +04:00)

Bu barədə APA-ya mərhum E. Ağayevin yaxınları məlumat verib.

 

E. Ağayevlə vida mərasiminin bu gün saat 14:00-da Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Eldar Ağayev 1955-ci il sentyabr ayının 29-da Gürcüstanın Tiflis şəhərində hərbçi ailəsində dünyaya gəlib. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olub, 1976-cı ildə motoatıcı ixtisası ilə Qusev şəhərində hərbi xidmətə başlayıb.

 

E. Ağayev 1984-86-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olub. Daha sonra tank alayının rəisi və Drezden kəşfiyyat taboruna komandir təyin edilib. O, 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində alay komandiri kimi xidmət edib. E. Ağayevin taboru 1995-ci il dövlət çevrilişinin qarşısının alınmasında iştirak edib.

 

E. Ağayev Sovet Ordusunda "Qırmızı Ulduz", "İgidliyə görə" ordenləri, Qarabağ döyüşlərində iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

 

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel  tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR