Bank Of Baku

Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının tarixləri açıqlanıb

Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının tarixləri açıqlanıb
# 06 may 2013 14:55 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə əsasən, 2013-cü ildə 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının xüsusi qrafik üzrə keçirilməsi nəzərdə tutulur.

 

İyunun 2-də Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Sumqayıt, Abşeron rayonlarında buraxılış imtahanları keçiriləcək.

 

Bakı, Naxçıvan, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakəndə  orta məktəblərin rus bölməsinin məzunları da iyunun 2-də imtahan verəcək.

 

İyunun 7-də Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvarda, iyunun 12-də Yevlax, Bərdə, Tərtər, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Zərdabda, iyunun 17-də Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Ağsu, Mingəçevir, Şirvan və Hacıqabulda buraxılış imtahanları təşkil olunacaq. İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər. 

 

Buraxılış imtahanlarında iştirak edəcək 9-cu sinif şagirdləri özləri ilə imtahana buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin əsli və təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkillər yapışdırılmış arayış, 11-ci sinif şagirdləri isə imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR