Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Çin Xalq Respublikasının nümayəndə heyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi tərəfindən qəbul olunub.
Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev görüşdə çıxış edərək, penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər barədə ətraflı məlumat verib.
Vu Kiujen isə hər bir ölkənin ümumi inkişafının bütün sahələr kimi penitensiar sistemə də müsbət təsir etdiyini bildirərək, ÇXR-da mövcud olan 700-dək cəzaçəkmə müəssisələrinin də əksəriyyətində böyük dəyişikliklər aparıldığını və bu dəyişikliklər zamanı Çin xalqının adət-ənənələrinə xüsusi diqqət yetirildiyini bildirib.
Görüşdə hər iki ölkənin Ədliyyə nazirliklərinin məsul əməkdaşlarının iştirakı ilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” müqavilə layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Səfər proqramı çərçivəsində həmin müqavilənin paraflanması nəzərdə tutulub.