Bank Of Baku

Azərbaycanlı deputatlar Türkiyənin bələdiyyə təcrübəsini öyrənəcəklər

Azərbaycanlı deputatlar Türkiyənin bələdiyyə təcrübəsini öyrənəcəklər
# 08 iyul 2013 09:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Rüstəm Xəlilov və Tahir Rzayev iyulun 8-dən 12-dək İstanbulda səfərdə olacaqlar.

 

Parlamentdən APA-ya verilən məlumata görə, səfər Türkiyə bələdiyyə orqanlarının fəaliyyəti ilə tanışlıq məqsədi daşıyır.

 

Deputatlar İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı, İstanbul valisi və digər yerli özünüidarəetmə təşkilatlarının rəhbərləri ilə görüşlər keçirəcək, bələdiyyələrin iş fəaliyyəti ilə yaxından tanış olacaq, təcrübə mübadiləsi aparacaq, əhali ilə bələdiyyə orqanları  arasında  münasibətləri müzakirə edəcəklər.

 

Deputatlar Azərbaycanda bələdiyyə qurumlarının fəaliyyəti barəsində söhbətlər də aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR