APA-nın məlumatına görə, arxi məlumatları, mətbuatda dərc olunan məqalələr əsasında hazırlanmış tarixi - sənədli nəşrdə veteranların xatirələrinə yer verilib, II Dünya müharibəsində azərbaycanlıların Belarus ərazisində döyüşlərdə iştirakı barədə söhbət açılır. Kitabın müəllifləri muzeyin elmiş işçiləri Zərifə Dulayeva, Fərhad Cabbarov, Fikrət Bağırov və Fuad Ağayevdir.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bu kitabın azərbaycanlıların Belarusun işğaldan azad edilməsində iştirakına həsr olunmuş ilk nəşr olduğunu qeyd edib. Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç azərbaycanlıların ölkəsinin faşist işğalından azad edilməsində mühüm rol oynadığını deyib. Səfir Belarusda bu insanların xatirəsinin həmişə əziz tutulduğunu, onların xatirələrinə abidələr ucaldıldığını deyib.
Təqdimat mərasimində Azərbaycan Milli Tarix Muzeyinin və Belarus Kinofotofonosənəd Dövlət Arxivinin fotosənədləri də nümayiş olunub.