Bank Of Baku

Aztəminatlı ailələrdən olan tələbələrə təhsil qrantları və kreditləri veriləcək

Aztəminatlı ailələrdən olan tələbələrə təhsil qrantları və kreditləri veriləcək
# 08 may 2014 15:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda aztəminatlı ailələrdən olan tələbələrin təhsil almaq imkanlarının artırılması və stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən təhsil qrantları və kreditlərinin verilməsi mexanizminin hazırlanması üzərində işə başlanılıb.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, tələbə qrantları və kreditlərinin verilməsi üçün tələbələrin təhsildə göstərdikləri akademik nailiyyətləri əsas götürüləcək. İctimaiyyətə isə bu barədə ətraflı məlumat veriləcək.

 

Nazirlik ali məktəblərin paytaxtdan kənara köçürülməsi məsələsinə də aydınlıq gətirib. Bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur. Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR