Bank Of Baku

Bakı Ali Neft Məktəbində “Bakı qış neft məktəbi” layihəsinə start verilib

Bakı Ali Neft Məktəbində “Bakı qış neft məktəbi” layihəsinə start verilib
# 03 mart 2014 08:20 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbində Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramı çərçivəsində “Bakı qış məktəbi” layihəsi  həyata keçirilir.

 

Bakı Ali Neft Məktəbindən APA-ya verilən məlumata görə, məktəb tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində bakalavr,  maqistr və doktorluq  dərəcələri üzrə  təhsil  alan  12 tələb ilə yanaşı 5 azərbaycanlı tələbə də iştirak edir. Layihəyə əsasən,  tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Sənayesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər, Bərpa olunan enerji mənbələri mövzularında kurslar keçəcəklər. Layihə çərçivəsində tələbələr yalnız akademik biliklərə yiyələnməyəcək, həmçinin Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə əsrarəngiz təbiəti olan Şəkiyə səyahət edəcək, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olacaq,  “Mart soyqırım qurbanlarını” yad etmək üçün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcək və proqram çərçivəsində  Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün Səngəçal Neft Terminalı, palçıq vulkanları,  tarixi neft quyularıyla, neft muzeyi və s. bu kimi əhəmiyyətli yerlərə tanış olacaqlar.

 

Proqramın sonunda iştirakçılar  Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR