Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar verib.
APA-nı məlumatına görə, qərara əsasən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.
Müvafiq olaraq, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Əlavə təhsil müəssisələri” bölməsində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə əvəzlənib.