Bank Of Baku

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi “Təmiz hava” aylığı çərçivəsində növbəti tədbir keçirib - VİDEO

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi “Təmiz hava” aylığı çərçivəsində növbəti tədbir keçirib - <span style="color: red;">VİDEO
# 14 avqust 2013 11:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi “Təmiz hava” aylığı çərçivəsində növbəti tədbir keçirib.

 

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ARDNŞ-ın qarajında tədbir keçirib.

 

Tədbirdə 200 avtomobilin atmosferə buraxdığı zəhərli qazların miqdarı ölçülüb. Nəticədə atmosferə zəhərli qazları normadan çox ixrac edən 6 avtomobil aşkarlanıb və barələrində protokol tərtib edilib.

 

V.Əsədov həmçinin qeyd edib ki, avqustun 1-dən bu günə qədər yol polisinin 9 müəssisədə keçirdiyi analoji yoxlamalar nəticəsində 168 sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib.

 

Qeyd edək ki, yol polisi avqust ayında respublikanın müxtəlif bölgələrində, xüsusilə də paytaxt ərazisində avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarı ilə bağlı reydlər keçirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR