Bank Of Baku

Bakıda “Azərbaycan 2020: əqli mülkiyyətin gələcəyinə baxış” mövzusunda beynəlxalq simpozium keçirilib

Bakıda “Azərbaycan 2020: əqli mülkiyyətin gələcəyinə baxış” mövzusunda beynəlxalq simpozium keçirilib
# 26 aprel 2013 09:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müəllif Hüquqları Agentliyi (MHA) “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibətilə “Azərbaycan 2020: əqli mülkiyyətin gələcəyinə baxış” mövzusunda beynəlxalq simpozium keçirib. APA-nın məlumatına görə, simpozium Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

 

Tədbirdə çıxış edən Agentliyin sədri Kamran İmanov bildirib ki, beynəlxalq cəmiyyət artıq 12 ildir 26 apreli “Əqli Mülkiyyət Günü” kimi qeyd edir və Azərbaycanda da bir ənənə olaraq bu gün münasibətilə agentlik müxtəlif tədbirlər keçirir.

 

K.İmanov agentliyin inkişafı istiqamətində görülən işlərdən danışaraq, məhz H.Əliyevin dahi uzaqgörənliyi və fitri proqnozlaşdırma istedadının Azərbaycanın müasir əqli mülkiyyət sistemini qurmağa imkan yaratdığını vurğulayıb.

 

K.İmanov bildirib ki, Azərbaycanda əqli mülkiyyətin gələcəyi və rolu haqqında danışarkən ölkə başçısı İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına müraciət edilməlidir: “Azərbaycanın gələcəyini planlaşdıran bu mühüm sənəddə müəlliflik hüququ və əqli mülkiyyət məsələləri öz əksini tapıb. Agentlikdə aparılan araşdırmalar göstərir ki, son 5 ildə Azərbaycanın müəlliflik hüququna əsaslanan iqtisadiyyatın ÜDM-dəki payı 1998-ci ildə 3,1%, 2012-ci ildə 4,5% təşkil edərək, inkişaf etmiş ölkələrə yaxın göstəriciyə yüksəlib. Bunlar dövlətimizin müəlliflik hüququ sahəsində apardığı siyasətin nəticəsidir”.

 

Afina Universitetinin professoru Dionysia Kallinikou “Əqliyyə mülikyyətinin müasir problemləri” mövzusunda çıxış edib.

 

Sonra Heydər Əliyevin MHA-nın yaradılması və inkişafı istiqamətində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR