Bank Of Baku

Bakıda “Gənc şairələrin beynəlxalq Forumu” keçirilir - FOTOSESSİYA

Bakıda “Gənc şairələrin beynəlxalq Forumu” keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 27 aprel 2013 08:19 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva-APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Gənc şairələrin Beynəlxalq Forumu” işə başlayıb. APA-nın verdiyi məlumata görə,  foruma Avropa, Asiya və Afrikanın  20-dən çox ölkəsindən gənc şairələr qatılıb. 

 

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan respublikasının Prezidenti yanında Gənclər Fondu, Yazıçılar Birliyi, Milli Məclisin nümayəndələri, şairlər, yazıçılar və mədəniyyət xadimləri iştirak edir.

 

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov bu beynəlxalq forumun Azərbaycanda ilk dəfədir keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, forumun əsas məqsədi  müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda bu sahədə beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdır.  

 

Layihənin meneceri Günel Anarqızı  dünyanın müxtəlif ölkələrindən gənc şairlərinin Azərbaycanda beynəlxalq forumda iştirakının əhəmiyyətindən söz açıb.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının hələ gənc olmasına baxmayaraq bir neçə uğurlu layihələrə imza atdığını vurğulayıb.

 

Forumda  gənc şairələr müxtəlif mövzularda  müzakirələrdə, ədəbi diskussiyalarda iştirak edir, şeirlər söyləyirlər.

 

Forumda, həmçinin  tarixi İpək Yolu üzərində yerləşən ölkələrin gənc şairələrinin ədəbi şəbəkəsinin yaradılması perspektivi də müzakirə olunacaq. 

 

Qeyd edək ki, forumun təşkilində Günel Anarqızı  və xalq artisti Fəxrəddin Manafov köməklik göstərib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR