Bank Of Baku

Bakıda “Sağlamlıq hüquqlarının təmin edilməsi” mövzusunda beynəlxalq seminar keçirilib

Bakıda “Sağlamlıq hüquqlarının təmin edilməsi” mövzusunda beynəlxalq seminar keçirilib
# 11 iyul 2013 10:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa Şurası və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Sağlamlıq hüquqlarının təmin edilməsi” mövzusunda beynəlxalq seminar keçirilib.

 

Ombudsman  Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Avropa Şurasının layihə koordinatorunun Şura tərəfindən hazırlanan “Sağlamlığın mühafizəsi hüququ barədə vətəndaş məsləhəti haqqında Model” barədə təqdimatı, habelə Malta və Niderland Krallığından olan mütəxəssislərin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Ombudsman Aparatının əməkdaşının çıxışları dinlənilib.

 

Seminarda vətəndaşların öz sağlamlıqları ilə bağlı daha məsuliyyətli olması, sağlamlıq hüquqlarının qorunmasında məlumatlılıq səviyyəsinin artırılması, səhiyyə maarifi işinin təşkil edilməsində müxtəlif qurumlarla birgə fəaliyyətlə bağlı məsələlər müzakirə olunub.

 

İnsan Hüquqları üzrə Müvəkkil təsisatının əməkdaşı Y.Cəfərova “Azərbaycanda sağlamlıq hüquqlarının təmin olunmasında Ombudsmanın rolu” mövzusunda çıxış edərək, ölkəmizdə bu sahədə görülmüş işlər, müvəkkil Elmira Süleymanovanın adıçəkilən istiqamətdə fəaliyyəti barədə məlumat verib.


Ombudsmanın  əhalinin sağlamlığının qorunması hüququnun səmərəli təmin edilməsi ilə bağlı verdiyi təkliflər səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR