Bank Of Baku

Bakıda “Xaricdə Təhsil sərgisi” keçiriləcək

Bakıda “Xaricdə Təhsil sərgisi” keçiriləcək
# 11 aprel 2013 08:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda 2013-cü ilin ən böyük “Xaricdə Təhsil sərgisi” keçiriləcək. APA-nın xəbərinə görə, 13-14 aprel tarixində Bakıda təşkil olunacaq tədbirdə 50-dən artıq xarici universitet və dil kurslarının nümayəndələri iştirak edəcək. Sərgidə Təhsil Nazirliyinin, diplomatik korpusun nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur. Sərgi zamanı tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar və pulsuz təhsil imkanları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar. Sərgi çərçivəsində bir sıra seminarların keçirilməsi də nəzərdə tutulub.

 

Qeyd edək ki, təhsil sərgisi 13-14 aprel saat 13:00-dan 18:00-dək Hilton otelində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR