Bank Of Baku

Bakıda Avropa Sosial Xartiyasının əlavə protokolunun ratifikasiyası məsələsi olunub

Bakıda Avropa Sosial Xartiyasının əlavə protokolunun ratifikasiyası məsələsi olunub
# 09 iyul 2013 07:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Sosial Xartiyasının kollektiv şirkətlər sistemini təmin edən əlavə protokolunun ratifikasiyası məsələsinin müzakirəsi məqsədilə seminar keçirilib.

 

APA-nın xəbərinə görə, Avropa Şurasının Avropa Sosial Xartiyası və Avropa Sosial Təminat Məcəlləsi Departamenti ilə birgə təşkil olunan seminarda aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

 

Seminarı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Arif Hüseynov insan hüquq və azadlıqlarının təminatı sahəsində Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. O bildirib ki, dəyişdirilmiş Avropa Sosial Xartiyasının ayrı-ayrı maddələrinin Azərbaycan tərəfindən ratifikasiya edilməsi bu əməkdaşlıqda bir təməl rolu oynayır. Həmin maddələrdə müəyyən edilmiş hüquqların milli qanunvericilikdə əksini tapması və həyata keçirilməsi ilə bağlı hökumət fəal siyasətə malikdir. Seminarda məqsəd Avropa Sosial Xartiyası ilə bağlı kollektiv şikayətlər sistemini təmin edən əlavə protokolun ratifikasiyasını təşviq etmək, həmçinin xartiyanın ratifikasiyasının Azərbaycanda tətbiqi sahəsində mövcud uyğunsuzluqları müzakirə etməkdir.

 

Tədbirin davamında Avropa Şurasının Avropa Sosial Təhlükəsizlik Məcəlləsi və Avropa Sosial Xartiyası şöbəsinin administratoru Ana Qomezin ayrı-ayrı beynəlxalq və yerli ekspertlərin çıxışları dinlənilib, qeyd edilən protokolun mahiyyəti və tələbləri barədə məlumatlar verilib, mövzu ətrafında müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR