Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1-7 iyul tarixlərində 11 585 çağırış daxil olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, çağırışlar nəticəsində 1073 nəfər hospitallaşdırılıb. Çağırışlar əsasən günvurma, suda boğulma, həşərat və ilan sancmaları, yol-nəqliyyat hadisələri, travmalar, yoluxucu xəstəliklər və s. məsələlərlə əlaqədar olub.