Bank Of Baku

Bakıda qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival keçiriləcək

Bakıda qum heykəltəraşlığı  və qraffiti üzrə açıq festival keçiriləcək
# 27 iyul 2013 10:42 (UTC +04:00)

Bakı-APA. 29-31  iyul  tarixlərində Azərbaycanda  ilk  dəfə  “Qum Heykəltəraşlığı  və  Qraffiti  üzrə  açıq  Festival”  keçiriləcəkdir. APA-nın məlumatına görə, festivalın  açılışı  29  iyul  saat  15.00-da  “Dostluq”  çimərliyində  keçiriləcək.

 

Azərbaycan  Gənclər  Fondunun  maliyyə  dəstəyi  ilə  keçirilən  layihənin  məqsədi  Azərbaycan incəsənətinin, heykəltəraşlığının və yenicə başlanan qraffiti sənətinin  inkişafına təkan vermək, gənc istedadlı  rəssamların  və heykəltəraşların tapılıb  üzə çıxarılması və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yarıdıcı insanlarla, o cümlədən professional heykəltəraş və  rəssamları ilə əlaqələrinin yaradılması və möhkəmlənməsidir. 

 

Layihə 3 gün müddətində Bakı  şəhərində, “Dostluq”  çimərliyində  həyata keçiriləcəkdir. Festivalda  3 gün ərzində qumdan heykəllər hazırlanacaq. Eyni zamanda festivalın ikincin hissəsi kimi graffiti üzrə müsabiqəyə başlanılacaq. Heykəltəraşlar və qrafitistlər 3 gün müddətində müəyyən edilmiş ərazidə müəyyən vaxt çərçivəsində işləyəcəklər. 3-cü, sonuncu gün isə hər iki nominasiya üzrə  festival qalibləri müəyyən olunacaq.

 

Festival  sona çatdıqdan sonra   iştirakçılara sertifikatlar,  qaliblərə  mükafatlar  təqdim olunacaq, tədbir nəticələrindən ibarət buklet və qısametrajlı film hazırlanacaq və layihə bitmiş hesab olunacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR