Bank Of Baku

Bakıda VIII “Məzun 2013” ümumrespublika yarmarkası keçirilir

Bakıda VIII “Məzun 2013” ümumrespublika yarmarkası keçirilir
# 17 may 2013 08:59 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş VIII “Məzun 2013” ümumrespublika yarmarkası keçirilir.

 

APA-nın xəbərinə görə, yarmarkanın açılışında çıxış edən ADİU-nun rektoru Şəmsəddin Hacıyev bildirib ki, yarmarkada Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi də iştirak edir. Ümumilikdə “Məzun 2013” yarmarkasına 111 nazirlik, komitə, bank və şirkət qatılıb. Yarmarkada 7 ölkənin (Azərbaycan, Almaniya, Yaponiya, Cənubi Koreya, Türkiyə, Rusiya, Gürcüstan) 52 təhsil müəssisəsinin 2000-dən artıq məzunu rəsmi qeydiyyatdan keçib. Təqdim olunan vakansiyaların sayı 1100-dən çoxdur. Bunların 800-ü daimi iş yerləri, 300-ü isə müvəqqəti iş yerləridir. Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə keçirilən yarmarka nəticəsində 1000-ə yaxın gəncin işlə təmin olunması nəzərdə tutulur.

 

Rektor deyib ki, Azərbaycan son 10 il ərzində sürətli inkişafa nail olub, bölgənin siyasi, iqtisadi, maliyyə, təhsil və elm mərkəzinə çevrilib. Azərbaycan MDB ölkələri arasında ilk dəfə olaraq keçid dövrünü arxada qoyub: "Bu yarmarka prezidentin sosial proqramlarıın icrası istiqamətində atdığı ən mühüm addımlardan biridir. Son 8 ildə yarmarkada iştirak edən 12 minə yaxın məzun işlə təmin olunub”.

 

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov isə bildirib ki, son illər ölkədə insanların həyata şəraiti yaxşılaşıb: “Əmək yarmarkaları həm də əmək bazarında yeni əmək mədəniyyətinin formalaşmasının nəticəsidir. Bu, ondan xəbər verir ki, ölkədə yeni iş yerlərinin yaranması ilə bağlı siyasət uğurla həyata keçir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR