Bank Of Baku

Bakının Binəqədi rayon sakinləri “ASAN xidmət” Mərkəzinin xidmətlərindən yararlana biləcəklər

Bakının Binəqədi rayon sakinləri “ASAN xidmət” Mərkəzinin xidmətlərindən yararlana biləcəklər
# 11 fevral 2013 08:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Bakı şəhərinin Binəqədi rayonunda qeydiyyatda olan vətəndaşlar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin xidmətlərindən yararlana biləcəklər. “ASAN xidmət” Mərkəzindən APA-ya verilən xəbərə görə, Binəqədi rayonunun sakinləri 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər. Bu, fevral ayının 1-dən fəaliyyətə başlamış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 nömrəli “Çağrı” mərkəzinə stasionar (ev, iş) telefonlardan birbaşa zəng etməklə mümkün olacaq. “108”ə edilən zəng və aparılan danışıq, habelə “Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 

Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 23 adda xidmət həyata keçirir. Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi-36 ünvanında yerləşən mərkəz həftənin bütün günləri saat 10:00-dan 20:00-dək, bazar günləri isə saat 11.00-dan 17:00-dək vətəndaşların istifadəsindədir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi 15 yanvar tarixindən indiyədək 10 mindən artıq vətəndaşa xidmət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR