Bank Of Baku

Baş prokuror Ağsuda vətəndaşları qəbul edib

Baş prokuror Ağsuda vətəndaşları qəbul edib
# 16 avqust 2013 12:34 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Avqustun 16-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Ağsu rayonunda vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, baş prokuror qəbul zamanı Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir rayonunda yaşayan 100-dən artıq vətəndaşın prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləyib, qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.

 

Cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib. Müraciətlərdən bəziləri elə yerindəcə həllini tapıb. Qəbulda aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Sonda rayon prokurorların iştirakı ilə müşavirə keçirilib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR