BDU-da İntellekt Marafonu keçirilib - FOTOSESSİYA

BDU-da İntellekt Marafonu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 noyabr 2015 07:54 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqının nəzdində yenicə fəaliyyətə başlayan "IN club"un və Xəzər İntellektual Gənclər klubunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Nə? Harada? Nə zaman?” oyunu üzrə İntellekt Marafonu Festivalının seçim turu təşkil olunub.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən xəbərə görə, intellekt Marafonu Festivalının seçim turunu giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Daşqın Qənbərov qeyd edib ki, rəhbəri olduğu təşkilat həmişə tələbələrin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirir.

"İntellektual oyunlar da onlardan biridir. BDU-da bu, artıq bir ənənə halını alıb. Biz gələcəkdə də intellektual oyunlar üzrə yarışları dəstəkləyəcəyik" - deyə sədr bildirib. Xəzər İntellektual Gənclər klubunun sədri Seymur Teymurovun sözlərinə görə, seçim turunun BDU-da təşkil olunması heç də təsadüfi deyil.

"Azərbaycan dilində təşkil olunan ilk intellektual oyunlar, Xəzər İntellektual Klubu məhz BDU-da yaradılıb və bütün ölkəyə buradan yayılıb. Biz bu gün böyük fəxrlə ölkəmizin flaqman universitetində bu turniri təşkilində iştirak edirik", - deyə Teymurov əlavə edib.

Seçim turunda Bakı Dövlət Universitetinin tələbələri ilə yanaşı digər ali təhsil ocaqlarının tələbələri də iştirak edib. Seçim turunda ilk yerləri tutan komandalar Festivalın final mərhələsinə vəsiqə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR