Bakı-APA. Bu gün Azərbaycanın baş naziri Artur Rasizadə Bolqarıstanın baş naziri Plamen Oreşarskinlə görüşüb. Görüşdən sonra ölkələrarası sənədlərin imzalanma mərasimi keçirilib.
Sənədlərdən biri də Bakı Dövlət Universiteti və Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Velikotrnovo Universiteti arasında imzalanıb.
Bu barədə APA-ya BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Qarşılıqlı anlaşma barədə Memorandumu bu ali məktəblərin rektorları Abel Məhərrəmov və Plamen Leqkostup imzalayıb.