Bank Of Baku

Bəhram Xəlilov: “Azərbaycanda dövlət qulluğuna qəbul olunanların 80%-dən çoxu gənclərdir”

Bəhram Xəlilov: “Azərbaycanda dövlət qulluğuna qəbul olunanların 80%-dən çoxu gənclərdir”
# 15 iyul 2013 08:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyası tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə 16 aprel, 1 və 7 may tarixlərində elan edilmiş müsabiqələrin iyunun 6-dan başlayan test imtahanı mərhələsi sabah başa çatır.

 

APA-nın xəbərinə görə, DQMK sədri Bəhram Xəlilov deyib ki, müsabiqə zamanı 94 dövlət orqanında beşinci-yeddinci təsnifatlarına uyğun olan 1011 vakansiya elan edilib.

 

Onun sözlərinə görə, bu vaxta kimi 1200-dən çox adam test imtahanı mərhələsindən keçib. Test imtahanları ilə paralel olaraq 3 həftədir müsahibələr başlayıb.


Komissiya sədri qeyd edib ki, indiyə kimi 3 min nəfərə yaxın insan dövlət qulluğu sahəsində işə qəbul olunub: “Onlardan 80%-dən çoxu gənclərdir. Hətta son dövrlər gənclər bakalavriat pilləsini bitirən kimi dövlət qulluğuna qəbul olmaq istəyir. Kim hamıdan yaxşıdırsa, şəxsi keyfiyyətləri yuxarı səviyyədədirsə, dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqədə uğur qazanır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR