Bank Of Baku

Bəhram Xəlilov Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri ilə görüşüb

Bəhram Xəlilov Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri ilə görüşüb
# 26 aprel 2013 13:38 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Komissiyanın sədri Bəhram Xəlilov Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Alixan Baymenovla görüşüb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, B. Xəlilov bildirib ki, iki dövlət arasında dövlət qulluğu sahəsində əlaqələr yüksək templə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanda dövlət qulluğuna qəbul müsabiqə və şəffaflıq prinsipləri əsasında həyata keçirilir, dövlət qulluqçularının etik davranış qaydaları qəbul olunub, ölkədə yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi və onların dövlət qulluğuna cəlb edilməsi məqsədilə bir sıra işlər həyata keçirilir. Qazaxıstanın dövlət qulluğu sahəsində böyük təcrübəyə malik olduğunu bildirən Komissiya sədri bu sahədə iki dövlət orqanı arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib.

 

Alixan Baymenov Azərbaycanda dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini yüksək qiymətləndirib və Komissiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını qeyd edib.

 

Görüşdə iki ölkə arasında dövlət qulluğu sahəsində anlaşma memorandumunun imzalanması ilə əlaqədar müzakirələr aparılıb. İmzalanacaq memorandum hər iki ölkənin müvafiq qurumlarının əmkdaşları arasında təcrübə mübadiləsi aparılmasına, müxtəlif tədbirlərin keçirilməsinə geniş imkan yaradacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR