Bakı. Gülnar Bəşirova - APA. Belarus ali məktəblərinin nümayəndə heyəti Azərbaycana gəlib. APA-nın məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib. O bildirib ki, nümayəndə heyətinə Təhsil Nazirliyinin təmsilçisi başçılıq edir: “Nümayəndə heyəti Belarus universitetlərinin mütəxəssislərindən ibarətdir. Slavyan Universitetində sabah Belarus təhsil forumu keçirəcəyik. Eyni zamanda Azərbaycan ali məktəblərinin nümayəndələri ilə də görüşlərimiz olacaq”.
Səfir əlavə edib ki, daha sonra keçirəcəkləri növbəti tədbir birja xarakterli olacaq: “Orada Belarusda təhsil almaq imkanları ilə bağlı məlumatlar veriləcək. Bu gun Belarus ali məktəblərində 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Lakin biz həsab edirik ki, bu azdır”.