Bank Of Baku

Bəzi QHT-lər qanuna dəyişikliklərin əleyhinədir

Bəzi QHT-lər qanuna dəyişikliklərin əleyhinədir
# 07 fevral 2013 12:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Qeydiyyatı olmayan qeyri-hökumət təşkilatlarının (QHT) ianə və maliyyə mənbəyinin araşdırılmasını nəzərdə tutan qanun layihəsinin Milli Məclisin gündəliyinə salınması ilə bağlı bu gün mətbuat konfransı keçirilib. 

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Hüquq və inkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov qeydiyyatdan keçməyən QHT-lərin ianə alması, maliyyələşməsini araşdırmaq üçün müzakirəyə çıxarılması təklifini ciddi problem kimi qiymətləndirib.

 

O, qanun layihəsinin qəbul olunmaması üçün QHT-lər adından parlamentə müraciət ünvanlamağı təklif edib.

 

Vəkil Əshabəli Mustafayev isə deyib ki, qanun qəbul olunarsa, ilk növbədə qeydiyyatdan keçməyən QHT-lərin fəaliyyətində problem yaranacaq: “Təklif edirəm ki, biz də qanuna dəyişiklik layihəsi hazırlayaraq parlamentə təqdim edək. Layihəyə QHT-lərin qeydiyyatının sadələşdirilməsi, müqavilələrin qeydiyyatının onlayn şəkildə aparılması və başqa məsələlər təklif olunmalıdır”.

 

Ekspert Ələsgər Məmmədli də qanun layihəsini tənqid edib.

 

Sonda qanunun qəbul olunmaması üçün QHT-lər adından Milli Məclisə müraciət göndərilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR