Bank Of Baku

BMT baş katibi Ümumdünya Əhali Günü münasibətilə müraciətlə çıxış edib

BMT baş katibi Ümumdünya Əhali Günü münasibətilə müraciətlə çıxış edib
# 09 iyul 2013 12:04 (UTC +04:00)

Bakı – APA. BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Əhali Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən xəbərə görə, müraciətdə deyilir:

 

“Təhsil, səhiyyə və qızların hüquqlarının qətiyyətli təbliğatçısı və gənc qadınların dünyamızı dəyişəcək gücünə dərindən inanan biri olaraq mən bu ilki Ümumdünya Əhali Gününün mövzusunda yeniyetmə hamiləliyi probleminə toxunulmasını alqışlayıram. Bu həssas mövzu qlobal diqqət tələb edir. Hər il yeniyetmə yaşında uşaq dünyaya gətirən təxminən 16 milyon qızların çoxunun bu hamiləliyi planlaşdırmaq imkanı olmur. Hamiləlik və doğuş zamanı meydana çıxan çətinliklər vaginal fistula kimi əlilliklərə səbəb olur və bu, gənc qadınların bir nömrəli ölüm səbəbinə çevrilir. Yeniyetmə qızlar təhlükəli abort səbəbindən də xəstəliklər, yaralar və hətta ölümlə üzləşirlər. Bu problemləri həll etmək üçün biz qızları ibtidai məktəblərə cəlb etməli və yeniyetməlik çağlarında keyfiyyətli təhsilə yiyələnmələrini təmin etməliyik. Təhsilli gənc qızlar bir qayda olaraq daha gec evlənməyə meylli olur, yalnız özünü hazır hiss etdikdə uşaq dünyaya gətirir, daha sağlam uşaqlar doğur və daha çox gəlir əldə edirlər. Biz həmçinin bütün yeniyetmələri seksuallıq haqqında yaşlarına uyğun, hərtərəfli şəkildə maarifləndirməliyik. Bu, qızların ana olmaq istəmələri, yaxud nə zaman ana olmağa dair qərar vermələrinə kömək etmək baxımından əhəmiyyətlidir. Bundan əlavə, biz ailə planlaşdırılması və İİV də daxil olmaqla cinsi yolla yoluxan xəstəliklərin qarşısını almaq və müalicə edilməsi məqsədilə onları hərtərəfli cinsi reproduktiv sağlamlıq xidmətləri ilə təmin etməliyik. Biz qadınların ehtiyac duyduğu ana sağlamlığı xidmətlərinin təmin olunmasına zəmanət verməliyik. Biz diqqət və resurslarımızı təhsil, səhiyyə və gənc qızların rifahına həsr etsək, onlar gələcək nəsillərə təsir edəcək, cəmiyyətdə müsbət dəyişikliklərə aparan daha güclü qüvvəyə çevriləcəklər. Ümumdünya Əhali Günündə gəlin, yeniyetmə qızlara potensiallarından istifadə etmək və birgə gələcəyimizə öz töhfələrini verməyə yardım edəcəyimizə dair söz verək”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR