Bank Of Baku

BMT baş katibinin müşaviri Azərbaycana gələcək

BMT baş katibinin müşaviri Azərbaycana gələcək
# 10 aprel 2013 14:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. BMT baş katibinin informasiya-kommunikasiya məsələləri üzrə xüsusi müşaviri Amir Dossal Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi "Cənubi Qafqaz Forumu"nda iştirak etmək üçün Azərbaycana gələcək. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Amir Dossal britaniyalı maliyyə meneceri və sosial novatordur. O, iqtisadi və sosial problemləri innovativ əməkdaşlıq yolu ilə həll etmək məqsədilə Qlobal Əməkdaşlıq Forumunun yaradıcısı və rəhbəridir.

 

Fars körfəzində şəffaflığı təmin edən Pearl təşəbbüsünün müəlliflərindən biri Amir Dossal eyni zamanda Beynəlxalq Telekommunikasiya Birliyi sədrinin Qlobal Əməkdaşlıq üzrə xüsusi nümayəndəsidir. 2010-cu ilin sentyabr ayınanadək Dossal BMT baş katibinin əməkdaşlıq məsələləri üzrə baş əlaqələndiricisi idi. O, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün hökumətlər, korporasiyalar, fondlar və xeyriyyəçilərlə strateji alyans işləyib hazırlayıb.

 

Qeyd edək ki, mayın 6-8-də Bakıda keçiriləcək “Cənubi Qafqaz Forumu”nda 50-dən çox ölkədən 30-dan çox sabiq ölkə və hökumət rəhbəri, 200-dən artıq nüfuzlu elm adamı və strateq iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR