Bank Of Baku

BMT beynəlxalq tualet gününün qeyd olunması ilə bağlı qətnamə qəbul edib

BMT beynəlxalq tualet gününün qeyd olunması ilə bağlı qətnamə qəbul edib
# 25 iyul 2013 16:37 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. BMT Baş Assambleyası noyabrın 19-u tarixinin beynəlxalq tualet günü kimi qeyd edilməsi ilə bağlı qətnamə qəbul edib.

 

APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, Baş Assambleya üzvləri təəssüf hissi ilə qeyd ediblər ki, bu gün 2,5 milyard insan hələ də sanitariya sahəsində əsas xidmətlərdən istifadə etmək hüququndan məhrumdurlar. Qətnamədə bütün üzv dövlətlər bu sahədə müvafiq addımlar atmağa çağırılıb. Baş Assambleya üzvləri vurğulayıblar ki, sanitariya sahəsində xidmətlərin mövcud olmaması insanların sağlamlığına təsir edir və yoxsulluq səviyyəsinin azaldılması, sosial-iqtisadi inkişaf sahəsində səylərin nəticələrini azaldır: “2000-ci ildə keçirilən Minilliyin Sammitində 2015-ci ilə qədər təmiz suya və əsas sanitariya xidmətlərinə çıxışı olmayan insanların sayını ikiqat azaltmaq hədəfi qoyulub. Bu istiqamətdə ciddi addımlar atılıb, lakin bu gün 2,5 milyard insan hələ də bundan məhrumdurlar”.

 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR