Bank Of Baku

Böyük və Kiçik Qafqazın dağ çaylarında aparılan ölçü işlərinin nəticələri bu həftənin sonu açıqlanacaq

Böyük və Kiçik Qafqazın dağ çaylarında aparılan ölçü işlərinin nəticələri bu həftənin sonu açıqlanacaq
# 22 iyul 2013 08:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Böyük və Kiçik Qafqazın dağ çaylarında aparılan ölçü işləri başa çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib k, iyulun 19-dək davam edən və iki istiqamətdə aparılan ölçü işlərinin əsas məqsədi aprel-may-iyun aylarında çaylardan keçən daşqınlara görə maksimal su sərflərini təyin etməkdir. A. Verdiyevin sözlərinə görə, hazırda hesablamalar aparılır və nəticələr bu həftənin sonuna kimi açıqlanacaq: “3 ay ərzində Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sellər keçib. Həmin o sellərin izinə görə ölçü işləri aparılıb. Daşqın keçən çayların profilləri çıxarılıb, onun orta dərinliyi, sürəti, eni öyrənilib. Əsas ölçü işləri Böyük Qafqazın Balakən, Şəki ərazisindən, o cümlədən Kiçik Qafqazın ərazisindən axan çaylarda aparılıb”.

 

A. Verdiyev qeyd edib ki, bu il ilkin mərhələdə ölçü işləri Balakən, Şəki bölgəsi çayları və Kiçik Qafqazın çaylarında, sonrakı mərhələdə isə Oğuz-Qəbələ, Quba-Qusar, Lənkəran-Astara bölgəsi çaylarında aparılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR