Bank Of Baku

BŞTİ müəllimlərin sınaq qiymətləndirilməsi barədə suallara aydınlıq gətirib

BŞTİ müəllimlərin sınaq qiymətləndirilməsi barədə suallara aydınlıq gətirib
# 15 may 2014 15:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəsmi facebook səhifəsində müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə verilən sualları cavablandırıb.

 

BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, suallara cavabda bildirilib ki, Sınaq Qiymətləndirmə (SQ) prosesində yüksək nəticələr əldə edən müəllimlər maddi və mənəvi stimullaşdırılması nəzərdə tutulur: “Bu prosesin attestasiyaya hazırlıq mərhələsi kimi bir növ “əsas döyüşqabağı məşq” olduğunu və təkmilləşmə məqsədilə zəif yerlərin müəyyənləşdirilməsi üçün əsas vasitə olmasını nəzərə alaraq, cəmiyyət tərəfindən müsbət qarşılanacağına ümid edilir. Gələcəkdə bu tip qiymətləndirmənin nəticələrindən təhsilin keyfiyyətinin artırılmasında istifadə olunacaq.

 

Müəllimlərin bu prosesdə iştirakının zəruriliyini nəzərə alaraq, qiymətləndirmə tarixlərinə yaxın müddətdə onların yenidən SQ-da iştirakı üçün şərait yaradılacaq. SQ-in nəticələri qiymətləndirmədən 3 gün sonra BŞTİ tərəfindən ümumtəhsil məktəblərinə göndəriləcək. Qiymətləndirmə yazılı test vasitəsilə aparılacaq və 2 saat davam edəcək”.

 

Sınaq qiymətləndirmədə fəxri ad və mükafata layiq görülənlər, “Əməkdar müəllim”lər və “Ən yaxşı müəllim”lər üçün güzəştlərin nəzərdə tutulmasına gəlincə, qeyd olunub ki, bununla bağlı heç bir güzəşt nəzərdə tutulmayıb. Bu müəllimlərin SQ-də öndə gedərək nümunə olmaları gözlənilir. Bu tip qiymətləndirmələrin mütəmadi keçirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR