Bank Of Baku

Bu gün Bakıda və bölgələrdə qaz problemi olacaq

Bu gün Bakıda və bölgələrdə qaz problemi olacaq
# 26 iyul 2013 11:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Saatlı, İmişli, Şəki, Zaqatala, Lənkəran, Qazax rayonunun bir hissəsinə, həmçinin Bakının şəhərinin Suraxanı rayonu və Xətai rayonunun Əhmədli qəsəbəsinə, Sabunçu rayonunun Ramanı qəsəbəsinə, təbii qazın verilişində fasilələr yaranacaq.

 

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu gün saat 18:00-dək «Zaqatala», 19:00-dək «Saatlı» və «İmişli» qazpaylayıcı stansiyaları, «Əlillər evi» ölçü qovşağında, «Cəfərabad» avtomatik qazpaylayıcı stansiyasında, 18:00-dək «Lənkəran» ölçü qovşağından qidalanan «Əhali» orta təzyiqli qaz kəmərində, «Əskipara» avtomatik qazpaylayıcı stansiyasından qidalanan «Əskipara-1» ölçü qovşağında, «Qazaxbəyli» avtomatik qazpaylayıcı stansiyasında qaz verilməsi məhdudlaşdırılacaq.

 

Eyni zamanda saat 19:00-dək «Əhmədli» qazpaylayıcı stansiyasından qidalanan «Əhmədli» qaz kəmərində, «Ramanı» qazpaylayıcı stansiyasından qidalanan «Ramanı» ölçü qovşağında, saat 15:00-dək isə «Yeni Suraxanı», «Bahar», «Qaracuxur» qazpaylayıcı stansiyaları, «Xəzər-N» və «Şüşə sexi» ölçü qovşaqlarında da təbii qaz təchizatı dayandırılacaq.

 

Qeyd edək ki, qazın kəsilməsi aparılan təmir işləri ilə əlaqədardır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR