Bank Of Baku

Bu gün bəzi bölgələrdə qaz kəsiləcək

Bu gün bəzi bölgələrdə qaz kəsiləcək
# 25 iyul 2013 10:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Bərdə, Tərtər şəhərlərinə, Yevlax rayonunun Kövər kəndinə, Ağdam rayonunun bir hissəsinə, Qazax rayonunun Birinci Şıxlı və İkinci Şıxlı kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, saat 18:00-dək «Tovuz» Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan «Tovuz 2-ci xətt» ölçü qovşağında, «Şıxlı» Avtomatik Qazpaylayıcı Stansiyasında, «Kövər», «Bərdə-Samux», «Bərdə», «Tərtər», «Ağdam 4 yol» ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq.

 

Qeyd edək ki, təbii qazın verilişində fasilələrin yaranmasına səbəb müvafiq ərazilər üzrə müvafiq stansiya və qovşaqlarda təmir işlərinin aparılmasıdır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR