Bank Of Baku

Bu gün bəzi rayonlarda qaz problemi olacaq

Bu gün bəzi rayonlarda qaz problemi olacaq
# 19 iyul 2013 13:11 (UTC +04:00)

Bakı. Aynur Əliyeva. APA-Economics. Bu gün Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə, Salyan rayonunun Boranıkənd, Dayıkənd, Seyidlər, Şorsulu kəndlərinə, həmçinin Daşkəsən və Ağstafa rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək «Daşkəsən» Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan «Daşkəsən» ölçü qovşağında, saat 18:00-dək «Ağstafa» Avtomatik Qazpaylayıcı Stansiyasında, 500 mm-lik magistral qaz kəmərindən qidalanan «Bakıxanov» əhali orta təzyiqli qaz kəmərində, saat 16:00-dək  isə «Şorsulu» Avtomatik Qazpaylayıcı Stansiyasından Salyan rayonunun kəndlərinə gedən 219 mm-lik orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı məhdudlaşdırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR