Bank Of Baku

Bu gün Lökbatan qəsəbəsi, Tovuz və Neftçala rayonlarında qaz problemi olacaq

Bu gün Lökbatan qəsəbəsi, Tovuz və Neftçala rayonlarında qaz problemi olacaq
# 22 iyul 2013 11:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva. APA-Economics. Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, Tovuz və Neftçala rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu gün saat 17:00-dək «Alakol» Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan «Alakol 1-ci xətt» ölçü qovşağında, saat 15:00-dək «Salyan-Neftçala» ölçü qovşağında, saat 17:00-dək isə «5-ci siyirtmə» Qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq.

 

Qeyd edək ki, qazın verilişində məhdudiyyətlərin olması aparılan təmir işləri bağlıdır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR