Bank Of Baku

Bu gündən 9 illik orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb

Bu gündən 9 illik orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
# 19 may 2014 08:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb.

 

APA-nın xəbərinə görə, qabiliyyət tələb edən ixtisaslara qeydiyyat mayın 19-dan 29-dək davam edəcək. Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur 2-5 iyul tarixlərində aparılacaq.

 

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu 12 may - 12 iyun tarixlərində keçiriləcək. Əvvəlki il məzunları üçün orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı iyunun 29-da təşkil olunacaq. Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi 2-10 iyul tarixlərində aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR