APA-nın məlumatına görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2013-2014-cü tədris ili üzrə ali məktəblərin III qrupu üzrə 10397 plan yeri ayrılıb. Bu il təxminən bir o qədər də abituriyent (10153) ixtisas seçimi müsabiqəsinə buraxılıb.
E. Nağızadə 2013-2014-cü tədris ili üçün ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında abituriyentlərin topladıqları balların statistik göstəricilərini də açıqlayıb. O qeyd edib ki, ali məktəblərə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 7831 abituriyent (28,18 faiz) 0-100, 6986 (25,13 faiz) abituriyent 100-200, 4684 abituriyent (16,85 faiz) 200-300, 6246 abituriyent (22,47 faiz) 300-500, 1505 abituriyent (5,41 faiz) 500-600, 542 abituriyent (1,96 faiz) 600-700 bal toplayıb.
TQDK rəsmisinin sözlərinə görə, III qrup üzrə bu ilki qəbul imtahanlarının nəticələri ötən illə müqayisədə bir qədər yaxşıdır: “Belə ki, ötən il III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında iştirak etmiş abituriyentlərin 10272-si (34,47 faizi) 0-100 bal, 7497-si (25,16 faizi) 100-200, 5103-ü (17,12 faizi) 200-300, 5475-i (18,37 faizi) 300-500, 1106-sı (3,71 faiz) 500-600, 350-si isə (1,17 faizi) 600-700 bal toplayıb”.