Bank Of Baku

Bu il Azərbaycanda müəllimlər üçün formativ qiymətləndirmə jurnalı çap edilməyəcək

Bu il Azərbaycanda müəllimlər üçün formativ qiymətləndirmə jurnalı çap edilməyəcək
# 26 iyul 2013 12:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda müəllimlər üçün formativ qiymətləndirmə jurnalı çap edilməyəcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qiymətləndirmənin nazirlik tərəfindən tövsiyə olunan format əsasında şəxsi qeyd dəftərində aparılması nəzərdə tutulub. Tövsiyə olunan format isə müəllimlərin irad və təklifləri nəzərə alınmaqla xeyli təkmilləşdirilib.

 

Məktəbli geyimləri ilə bağlı məsələyə də aydınlıq gətirilib. Qeyd olunub ki, şagirdlərin məktəbə müəyyən olunmuş məktəbli formasında gəlmələri zəruridir və bu tələb dəyişilməzdir: “Məktəbli formalarında müəyyən dizayn dəyişiklikləri ola bilər, lakin məqsədəmüvafiq olar ki, hər hansı bir məktəbdə, əsasən, eyni dizaynla tikilmiş məktəbli forması tətbiq edilsin”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR