Bank Of Baku

Bu ilin 5 ayı ərzində Azərbaycanda 6659 nəfəri heyvan dişləyib

Bu ilin 5 ayı ərzində Azərbaycanda 6659 nəfəri heyvan dişləyib
# 27 iyun 2013 12:19 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva APA-ya açıqlamasında deyib ki, bu ilin 5 ayı ərzində Azərbaycanda 6659 heyvan dişləməsi faktı qeydə alınıb. Bundan 5823-ü it dişləməsi, 425-i pişik, 258-i siçovul, 153-ü isə başqa heyvanlardır.

 

Bakı şəhəri üzrə 2197 heyvan dişləməsi qeydə alınıb. Bu dişləmələrdən 1793-ü it, 212-si pişik, 149-u siçovul, 43-ü isə başqa heyvanlardır.

 

E.Əliyeva qeyd edib ki, bu ilin 5 ayı ərzində Azərbaycanda quduzluq hadisəsi qeydə alınmayıb. Ötən ilin müvafiq dövründə isə 4-5 hadisə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR