Bank Of Baku

Bu ilin sonuna kimi Dövlət Qulluğu Məcəlləsinin son variantı hazırlanacaq - APA TV

Bu ilin sonuna kimi Dövlət Qulluğu Məcəlləsinin son variantı hazırlanacaq - <span style="color: red;">APA TV
# 15 iyul 2013 08:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası (DQMK) tərəfindən Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanaraq həm dövlət orqanlarına, həm də vətəndaş cəmiyyətinin fikir və təkliflərini almaq üçün onlara təqdim olunub.

 

APA-nın xəbərinə görə, DQMK sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib ki, məcəllənin layihəsi komissiyanın rəsmi internet saytı vasitəsilə ictimai müzakirəyə çıxarılıb.

 

Onun sözlərinə görə, daxil olan bütün mütərəqqi təklif və rəylər nəzərə alındıqdan sonra məcəlləyə bir daha ictimai baxış keçiriləcək: “Dövlət qulluğu sahəsinə aid 20-dən çox qanun, 60-dan çox normativ hüquqi aktlar var. Bunların hər birini yerlərdə tətbiq etmək müəyyən çətinliklər yaradır. Ona görə də Dövlət Qulluğu Məcəlləsinin yaradılmasında məqsəd dövlət qulluğu sahəsinə dair bütün qanunların və normativ hüquqların vahid sistemdə birləşməsidir. Dövlət Qulluğu Məcəlləsinin hazırlanması 2 dövlət proqramında nəzərdə tutulub. Bu ilin sonu və ya gələn ilin əvvəlinə kimi “Dövlət Qulluğu Məcəlləsi”nin son variantı hazırlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR