Bakı. Könül Kamilqızı - APA. Çilov adasında yerləşən seysmik stansiyanın ərazisində GPS, tiltimetr və akselometr cihazları quraşdırılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, burada alınacaq məlumatların Abşeron yarımadasında Qala, Nardaran və Qobu seysmik stansiyalarında quraşdırılmış eyni tipli cihazlardan alınan məlumatlarla birgə analizi Abşeron yarımadası və Xəzər akvatoriyasında gedən geodinamik (horizontal hərəkətlər və deformasiya) proseslərin tədqiqinə geniş imkanlar açacaq.
Qeyd edək ki, indiyə qədər RSXM tərəfindən ölkə ərazisində çoxsaylı GPS , tiltimetr və akselometr cihazlar quraşdırılıb.